Ermənistanda yeni konstitusiya nə zaman dərc ediləcək? - Paşinyan tarixi açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin sonuna qədər ölkənin yeni konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyinə söz verib.
Crossmedia.az xəbər verir ki, bu barədə hökumət rəhbəri jurnalistlərlə söhbətində deyib.
"Dəqiq tarix söyləyə bilmərəm, lakin ilin axırınadək dərc edəcəyik", - o bildirib.
Paşinyan, həmçinin qeyd edib ki, növbəti parlament seçkisi ilə əlaqədar və sənəd üzrə müzakirələrin lazımi səviyyədə aparılması məqsədilə Ermənistanın yeni əsas qanununun layihəsinin elan edilməsi vaxtının təxirə salınması barədə qərar qəbul olunub.
13:30 09.07.2026
Oxunuş sayı: 68