Türkiyə F-16-larını Baltik səmasına çıxarır- NATO-nun yeni planı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyəyə məxsus F-16 qırıcıları avqust ayından etibarən Estoniyada NATO-nun hava patrulluğu missiyası çərçivəsində fəaliyyət göstərəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğanın sözlərinə görə, türk hərbi təyyarələri Baltik regionunda hava məkanının təhlükəsizliyinin təmin olunması üzrə NATO missiyasına cəlb ediləcək.
Türkiyə lideri bu barədə açıqlamasında NATO çərçivəsində əməkdaşlığın davam etdiyini qeyd edib.
21:55 08.07.2026
Oxunuş sayı: 53