ABŞ-də iki sərnişin təyyarəsi hava limanında toqquşdu
ABŞ-də “Delta Air Lines” təyyarəsi “Air Canada” təyyarəsi ilə toqquşub.
Crossmedia.az xəbər verir ki, “Simple Flying” bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 6-da Los-Anceles hava limanında baş verib. “Delta Air Lines” şirkətinə məxsus “Airbus A350” təyyarəsi hərəkət etdiyi zaman “Air Canada” şirkətinin “Boeing 777” təyyarəsi ilə toqquşub.
Toqquşma nəticəsində “Delta” təyyarəsinin qanadındakı qanad ucluğu (vinqlet) qopub və təyyarənin quyruq hissəsində ilişib qalıb. Hadisə anı videoya çəkilib.
“Delta” reysində olan 275 sərnişin və 15 ekipaj üzvünün, eləcə də “Air Canada” təyyarəsindəki sərnişinlərin heç biri xəsarət almayıb.
Hər iki təyyarə texniki baxış və təmir üçün istismardan çıxarılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.
Qeyd edək ki, daha əvvəl “Frontier Airlines” şirkətinin sərnişinləri bir şəxsin təyyarədəki davranışı səbəbindən təxliyə edilmişdi.
20:04 07.10.2026
Oxunuş sayı: 53