Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və İordaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, həm təkbətək, həm də geniştərkibli görüş zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətləri müzakirə olunub:
"Müzakirələr zamanı qarşılıqlı münasibətlərə dair məmnunqluq ifadə etdik, xüsusi olaraq iki dövlət başçısının sıx və səmimi təmaslarının bu münaisbətlərin əsasını təşkil etməsi qeyd olundu. Hər iki ölkənin xarici siyasət idarələri arasında əlaqələr də yüksək səviyyədədir".
"Bu gün fürsətdən istifadə edərək iki mühüm saziş imzaladıq, yaxın zamanlarda müxtəlif sahələri əhatə edən müqavilələrin də imzalanamasının şahidi olacağıq".(Report)
13:13 08.07.2026
Oxunuş sayı: 46