Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Berdiməhəmmədov Azərbaycan tərəfinə Türkmənistana hədiyyə edilən "Dostluq" neft tankerinə görə minnətdarlığını bildirib.
Tərəflər görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafını, xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
09:53 08.07.2026
Oxunuş sayı: 42