Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
Xocavənd şəhərinə növbəti köç yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Crossmedia.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) yola salınıb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
11:46 07.07.2026
Oxunuş sayı: 50