XİN: SOCAR-a məxsus obyektlərə Rusiyanın hücumları onların məqsədyönlü olmasına dəlalət edir
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət edir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimova Ukraynanın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə Rusiyanın pilotsuz uçuş aparatları hücumu barədə deyilib.
Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
16:28 06.07.2026
Oxunuş sayı: 58