Gürcüstan və Türkiyə elektron yükdaşıma icazələri sisteminə keçib
Gürcüstan və Türkiyə beynəlxalq avtomobil yükdaşımaları sahəsində elektron icazələr sistemini tətbiq etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, yeni sistem sayəsində hər iki ölkənin daşıyıcıları bütün zəruri icazə sənədlərini tam elektron formada əldə edə biləcəklər.
Gürcüstanın Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, yeni mexanizm məlumat mübadiləsini sürətləndirəcək və daha təhlükəsiz edəcək, inzibati gecikmələri azaldacaq, həmçinin beynəlxalq avtomobil daşımalarının idarə olunmasının səmərəliliyini artıracaq.
O bildirib ki, rəqəmsal sistemin tətbiqi Gürcüstanın regional tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Gürcüstan KİV-lərinin məlumatına görə, gələcəkdə analoji elektron icazə sisteminin digər ölkələrlə də tətbiqi planlaşdırılır.
14:47 06.07.2026
Oxunuş sayı: 51