Tramp: Benzinin bahalaşmasına Hörmüz boğazı səbəb deyil
ABŞ Prezidenti Donald Tramp benzinin bahalaşmasının əsas səbəbinin Hörmüz boğazı olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Trampın sözlərinə görə, yanacağın qiymətinin artmasına Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri və Kaliforniya kimi Demokratların idarə etdiyi ştatlarda neft emalı zavodlarının bağlanması təsir edir.
Tramp bununla yanaşı, benzinin qiymətinin artımında Hörmüz boğazının əsas amil olmadığını qeyd edib.
21:10 05.10.2026
Oxunuş sayı: 52