Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev və Ukrayna Ombudsmanı Dmitro Lubinets Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.
Crossmedia.az xəbər verir ki, Yuriy Husyev bu barədə “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq və humanitar məsələlər müzakirə olunub.
Ukraynanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlıq ifadə edilib.
19:04 05.10.2026
Oxunuş sayı: 47