Avropada Rusiyanın addımları ilə bağlı xəbərdarlıq edildi
Rusiyanın son dövrlərdə həyata keçirdiyi hibrid hücumlar, təxribat cəhdləri və hava məkanının pozulması Avropada insanların həyatı üçün təhlükə yaradır.
“Crossmedia.az” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Kallas Rusiyaya məxsus raket və pilotsuz uçuş aparatlarının Moldova hava məkanına daxil olmasını qəbuledilməz adlandırıb.
“Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının Moldova hava məkanına daxil olması tamamilə qəbuledilməzdir”, – deyə Kallas bildirib.
18:56 05.10.2026
Oxunuş sayı: 47