Ukrayna və Almaniya müdafiə sahəsində böyük razılaşmaya imza atdı
Ukrayna və Almaniya ümumi dəyəri 8,5 milyard avro olan 15 saziş üzrə razılığa gəlib.
“Crossmedia.az” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfərinin yekunları ilə bağlı açıqlamasında bu barədə məlumat verib.
Razılaşmalar pilotsuz uçuş aparatlarına qarşı mübarizə, raketdən müdafiə sistemləri üçün ələ keçirici raketlərin, kiçik raketlərin, radarların və artilleriya sistemlərinin tədarükünü əhatə edir.
Tərəflər həmçinin hava hücumundan müdafiə imkanlarının inkişaf etdirilməsi və Almaniyada “Patriot” sistemləri üçün raket istehsalının artırılması barədə razılığa gəliblər.
Sazişlər Ukraynanın enerji sektoruna dəstəyi, eləcə də müdafiə və digər sahələr üzrə sifarişlərin Almaniya şirkətlərində yerləşdirilməsini də nəzərdə tutur.
19:43 05.10.2026
Oxunuş sayı: 55