Bərdənin raket atəşinə tutulmasından 6 il ötür
Ermənistanın Bərdə şəhərini ilk dəfə raket atəşinə tutmasından altı il ötür.
Crossmedia.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinə ilk dəfə raket zərbəsi endirib.
Bərdə şəhəri həmin ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə beş dəfə atəşə tutulub.
Atəşə tutmalar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər isə yaralanıb.
21:17 05.10.2026
Oxunuş sayı: 55