Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Tovuz rayonunda 29 yaşlı gənc bıçaqlanıb.
Crossmedia.az xəbər verir ki, hadisə Ağdam kəndində baş verib.
Belə ki, 1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə atası Aydın Məmmədov şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.
21:49 05.10.2026
Oxunuş sayı: 54