Çeçenistan rəhbəri 50 illiyində yüksək mükafatla təltif edildi
Çeçenistan rəhbəri Ramzan Kadırov 50 illik yubileyi münasibətilə daha bir mükafata layiq görülüb.
“Crossmedia.az” xəbər verir ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirill Kadırovu Rus Pravoslav Kilsəsinin “Şöhrət və Şərəf” ordeninin I dərəcəsi ilə təltif edib. Bu barədə Rus Pravoslav Kilsəsinin rəsmi saytı məlumat yayıb.
Patriarx Kadırovu 50 illik yubileyi münasibətilə təbrik edib və onun uzun illər dövlət qulluğunda “iradəli, məqsədyönlü və məsuliyyətli lider” kimi fəaliyyət göstərdiyini bildirib.
Kirill həmçinin Çeçenistanda sosial-iqtisadi sahədə əldə olunan nəticələri, təhlükəsizliyin təmin olunmasını, dinlərarası sülh və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsini qeyd edib.
Patriarx mükafatın Kadırova onun xidmətləri və yubileyi ilə əlaqədar verildiyini bildirib.
18:49 05.10.2026
Oxunuş sayı: 51