Aviabiletlərin qiyməti 15 faiz bahalaşa bilər
Rusiyada 2027-ci ildə aviabiletlərin qiymətinin təxminən 15 faiz bahalaşa biləcəyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “RTVI” bu barədə məlumat yayıb.
Birinci dərəcəli rusiyalı pilot Andrey Litvinov bildirib ki, 2027-ci ildə aviabiletlərin qiymətində artım qaçılmaz olacaq. Onun sözlərinə görə, biletlər lüks məhsula çevrilməyəcək, lakin qiymətlərin təxminən 15 faiz yüksəlməsi mümkündür.
Litvinov bu fikirləri “RTVI”yə müsahibəsində səsləndirib.
Daha əvvəl Rusiyada avi sərnişinlərdən yeni rüsum tutulması təklif edilmişdi. Bu rüsumun aviabiletlərin qiymətini artıracağı və əldə olunan vəsaitin Rusiya istehsalı təyyarələrin lizinqi və istismarına dəstək üçün yönəldiləcəyi bildirilmişdi.
22:05 05.10.2026
Oxunuş sayı: 52