Rusiyanın Kamçatka bölgəsində zəlzələ oldu
Kamçatka sahillərində 4 maqnitudalı zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bu barədə məlumat yayıb.
Yeraltı təkanlar oktyabrın 5-də yerli vaxtla saat 21:33-də qeydə alınıb. Zəlzələnin episentri təxminən 1,5 min nəfərin yaşadığı Ozernovski qəsəbəsindən 92 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.
Təbii hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Həmin gün Kuril adaları sahillərində də 4,5 maqnitudalı zəlzələ qeydə alınmışdı.
22:21 05.10.2026
Oxunuş sayı: 50