Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrıldı
BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.
Crossmedia.az xəbər verir ki, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.
Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
19:14 05.10.2026
Oxunuş sayı: 53