Ukrayna ordusunun əsas strategiyası açıqlanıb
Ukrayna ordusunun strategiyasının əsas məqsədi Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almaqdır.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə hərbi analitik, “Vatfor” layihəsinin həmtəsisçisi Sergey Poletayevə istinadən məlumat yayıb.
Poletayev Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatının cəbhədə fəaliyyət planı hazırlaması barədə xəbərləri şərh edərkən bildirib ki, hazırkı şəraitdə Ukrayna ordusunun strategiyası əsasən Rusiya qüvvələrinin hücumunu dəf etməyə yönəlib.
Onun sözlərinə görə, Ukraynanın uzunmüddətli müharibə planı ilə bağlı açıqlamalar daha çox təbliğati xarakter daşıyır. Analitik qeyd edib ki, Kiyev cəbhədə strateji təşəbbüsə malik deyil və Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almağa çalışır.
Poletayev bildirib ki, Ukrayna ordusu bunun üçün ayrı-ayrı istiqamətlərdə əks-hücumlar və hücum cəhdlərindən istifadə edir, lakin bunlar ümumi cəbhə vəziyyətinə ciddi təsir göstərmir.
Oktyabrın 5-də “Ukrainskaya Pravda” nəşri yüksək rütbəli Ukrayna hərbçilərinə istinadən Mixail Drapatının gələcək döyüş əməliyyatları ilə bağlı yeni plan hazırladığını yazıb. Nəşrin həmsöhbətlərindən biri Ukrayna ordusunun “30 illik” döyüş planına ehtiyac duyduğunu bildirib.

22:40 05.10.2026
Oxunuş sayı: 56