İran generalı atəşkəsə baxmayaraq döyüşə hazır olduqlarını açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) briqada generalı Esmail Əhmədi-Moqaddam ölkənin hərbi ehtiyatlarının müharibəni davam etdirməyə imkan verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, İranın Ali Lideri Əli Xamenei ilə vida mərasimindən sonra keçirilən mətbuat konfransında “İzvestiya” qəzetinin müxbirinə açıqlamasında deyib.
Generalın sözlərinə görə, hətta ABŞ birtərəfli qaydada atəşkəs elan etdikdən sonra belə, İran hərbi əməliyyatları davam etdirməyə hazır olub.
O həmçinin qeyd edib ki, İİKK münaqişə zamanı ehtiyatlı davranaraq silah-sursatdan yalnız dəqiq müəyyən edilmiş hədəflərə qarşı istifadə edib. Əhmədi-Moqaddamın sözlərinə görə, müharibə dövründə belə raket və dron istehsalı davam etdirilib.
“Əgər döyüşlər bu günə qədər davam etsəydi və atəşkəs olmasaydı, müharibəni daha da davam etdirə bilərdik”, – deyə o bildirib.
Qeyd edək ki, xəbərdə həmçinin İranın Ali Lideri Əli Xamenei ilə vida mərasiminin 4–9 iyul tarixlərində keçirildiyi bildirilir.
22:47 05.07.2026
Oxunuş sayı: 58