Peskov sərt danışdı: Bu artıq real müharibədir
Rusiyanın Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada davam edən hadisələrin NATO-nun Kiyevə dəstəyi səbəbindən artıq real müharibə xarakteri daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Peskov bu fikirləri jurnalist Pavel Zarubinə müsahibəsində səsləndirib.
Kreml sözçüsünün iddiasına görə, Qərb ölkələri Kiyev hakimiyyətinə Rusiya ərazisində yerləşən obyektlərə zərbələr endirmək üçün dəstək verir.
Qeyd edək ki, bu bəyanat Rusiyanın rəsmi mövqeyini əks etdirir. NATO və Ukrayna isə Rusiyanın bu kimi ittihamlarını dəfələrlə rədd ediblər.
22:27 05.07.2026
Oxunuş sayı: 72