Mərakeşdə gecə yarısı küçələr doldu – tarixi qələbə ölkəni ayağa qaldırdı
Mərakeş milli futbol komandasının 2026-cı il FIFA Dünya Çempionatının 1/8 finalında Kanadaya 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlməsindən sonra paytaxt Rabatda azarkeşlər küçələrə axışaraq qələbəni qeyd ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Minlərlə futbolsevər şəhərin əsas küçə və meydanlarında toplaşaraq milli komandanın tarixi uğurunu bayram edib.
Mərakeş yığması Kanada üzərində inamlı qələbə sayəsində dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
22:07 05.07.2026
Oxunuş sayı: 51