Hakan Fidan: ABŞ-də İsrailə şərtsiz dəstək müzakirə mövzusuna çevrilib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzadakı müharibədən sonra ABŞ-da İsrailə şərtsiz dəstək siyasəti ilə bağlı suallar artmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Hakan Fidanın sözlərinə görə, Qəzza müharibəsindən sonra dünyanın müxtəlif ölkələrində, o cümlədən universitetlərdə və mediada İsrailə münasibət əhəmiyyətli dərəcədə dəyişib.
Nazir iddia edib ki, əvvəlki dövrlərdə İsrail informasiya üstünlüyü sayəsində öz hərəkətlərini gizlədə bilirdi, lakin hazırda bunun mümkün olmadığını bildirib.
Fidan, həmçinin qeyd edib ki, ABŞ daxilində də İsrailə verilən şərtsiz dəstəyin Vaşinqtonun milli maraqlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr genişlənir.
Onun sözlərinə görə, Qəzzadakı hadisələrdən sonra ilk dəfə olaraq ABŞ-də mövcud yanaşmanın ölkənin maraqlarına xidmət etmədiyi barədə fikirlər səsləndirilir.
16:43 05.07.2026
Oxunuş sayı: 68