AZAL-dan Bakı–Naxçıvan reysləri ilə bağlı sərnişinlərə XƏBƏRDARLIQ
Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən iyulun 5-nə planlaşdırılan bəzi Bakı–Naxçıvan–Bakı reyslərində gecikmələr və ya vaxt dəyişiklikləri gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları məlumat yayıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi reyslərin cədvəlində dəyişiklik edilə və ya uçuşlar gecikə bilər.
AZAL sərnişinlərə uçuşdan əvvəl reyslərinin statusunu yoxlamağı və aviaşirkətin rəsmi məlumatlarını izləməyi tövsiyə edib.
15:50 05.07.2026
Oxunuş sayı: 69