Dnepr–Xarkov magistralında yanacaqdoldurma məntəqələri ilə bağlı xəbərdarlıq yayılıb
Ukraynaya məxsus Dnepr–Xarkov avtomobil yolunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin işləmədiyi barədə məlumatlar yayılıb və sürücülərə səfərə tam yanacaq çəni ilə çıxmaq tövsiyə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın "Antikor" nəşri məlumat yayıb.
Yayılan məlumata görə, Rusiya zərbələri nəticəsində Dnepr və Xarkov arasında yerləşən yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərmədiyi iddia edilir. Bununla əlaqədar sürücülərə Dneprdən yola düşməzdən əvvəl yanacaq çənlərini tam doldurmaq və ehtiyat yanacaq götürmək tövsiyə olunur.
15:34 05.07.2026
Oxunuş sayı: 68