Liderlik qorxmamaqdan, məsuliyyətli olmaqdan başlayır - Prezidentin xüsusi nümayəndəsi
“Yüksəliş” müsabiqəsinin ən böyük üstünlüyü burada komanda ilə işləmək və inkişaf potensialının üzə çıxarılmasıdır.
Crossmedia.az xəbər verir ki, bunu “Baku Expo Mərkəz”də keçirilən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
V.Hacıyev qeyd edib ki, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında yenidənqurma prosesində burada əyləşən gənclər kimi gənc bacarıqlı insanların çalışmasından qürur duyuram: “Hazırda bizim bir çox kəndlərimiz tikilir. Və bu yaşayış məskənləri ən müasir yaşayış şəraitinə uyğun olaraq inşa edilir. Bu prosesdə dövlət səviyyəsində bir çox güzəştlər də edilir ki, vergidən azad edilir sahibkarlar, investorlara şərait yaradılır. Qeyd etmək istəyirəm ki, liderlik kitablardan öyrənilmir. Liderlik qorxmamaqdan, məsuliyyətli olmaqdan başlayır. Bu müsabiqə sadəcə növbəti mərhələ yox gələcək kariyeranız üçün fürsətdir”.
Ayhan
16:47 03.07.2026
Oxunuş sayı: 56