“Yüksəliş” müsabiqəsinin bəhrəsini uzun illər ərzində görəcəyik - Rafael Hüseynov
“Yüksəliş” bir hadisədir və ə birbaşa dövlətin, millətin marağındadır".
Crossmedia.az xəbər verir ki, bunu “Baku Expo Mərkəz”də keçirilən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov deyib.
R.Hüseynov əlavə edib ki, Azərbaycan hər zaman elmə, təhsilə önəm verib: “Ulu Öndərimiz Heydər Əliyev də hakimiyyətə gələndə xaricə tələbələr göndərdi. Biz o tələbələrin bəhrəsini hələ də görürük. “Yüksəliş” müsabiqəsi də həmin siyasi xəttin davamıdır və biz bu müsabiqənin də bəhrəsini uzun illər ərzində görəcəyik”.
Ayhan
15:41 03.07.2026
Oxunuş sayı: 53