Nəticələri ləğv edilən abituriyent gələn il imtahanda iştirak edə biləcək - DİM
İyulun ikisində keçirilən Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanına giriş zamanı bir nəfərin digər abituriyentin yerinə imtahana daxil olmağa cəhd etdiyi aşkarlanıb və bunun qarşısı alınıb.
Hadisə ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarov Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, yerinə imtahana başqa biri girən abituriyentin bu il üçün bütün nəticələri ləğv edilib: “Lakin növbəti il üçün belə bir məhdudiyyət yoxdur. Yenidən imtahanda iştirak edə bilər”.
Qeyd edək ki, başqasının yerinə imtahana girməyə cəhd edən şəxs barəsində isə müvafiq sənədlər hazırlanaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.
Ayhan
11:15 03.07.2026
Oxunuş sayı: 60