Tramp səhvən süni intellekt əvəzinə suşi restoranına milyonlar yatırdı
ABŞ Prezidenti Donald Tramp gözlənilməz investisiya qalmaqalı ilə gündəmə gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Maliyyə hesabatlarında onun 1–5 milyon dollar dəyərində Kura Sushi USA restoranlar şəbəkəsinin səhmlərini aldığı üzə çıxıb. Bu isə Trampın əsasən Nvidia, Apple və Dell kimi texnologiya nəhənglərinə yönəlmiş investisiya strategiyası ilə ziddiyyət təşkil edir.
Bazar iştirakçılarının versiyasına görə, Trampın komandası səhvən səhmləri qarışdırıb və əslində məqsədin Yaponiyanın Fujikura şirkəti ola biləcəyi iddia edilir. Həmin şirkət süni intellekt infrastrukturu üçün avadanlıq istehsal edən mühüm təchizatçılardandır.
Məlumata görə, bu səhv fonunda Kura Sushi USA səhmləri 5–6% artıb, Fujikura səhmləri isə kəskin eniş yaşayaraq bəzi mərhələlərdə təxminən 45%-ə qədər dəyər itirib.
21:48 30.06.2026
Oxunuş sayı: 49