Mərakeş millisinin qələbəsindən sonra Niderlandda iğtişaşlar baş verib
Mərakeş milli komandasının futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Niderland üzərində qələbə qazanmasından sonra ölkənin bir neçə şəhərində kütləvi iğtişaşlar qeydə alınıb.
Crossmedia.az NL Times qəzetinə istinadən xəbər verir ki, Niderlandda yaşayan Mərakeş əsilli sakinlərdən ibarət böyük qruplar küçələrə çıxaraq polis əməkdaşlarına fişənglər atıblar.
Haaqada hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə götürmək üçün su şırnaqlarından istifadə edib. Hadisələr zamanı azı bir nəfər saxlanılıb. Amsterdamda isə balaklava geyinmiş bir qrup şəxs polis əməkdaşlarına qarşı təhqiramiz şüarlar səsləndirib.
Qarşılaşma Meksikanın Monterrey şəhərində yerləşən Estadio BBVA stadionunda keçirilib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Niderland millisinin heyətində Kodi Qakpo, Mərakeş yığmasında isə İssa Diop fərqlənib. Penaltilər seriyasında Mərakeş 3:2 hesabı ilə qalib gəlib, həlledici qolu isə İsmail Saybari vurub.
Qeyd edək ki, bundan əvvəl Niderland millisi dünya çempionatları tarixində özünəməxsus antirekorda imza atmışdı.
13:07 30.06.2026
Oxunuş sayı: 59