Ağ Evdə texnologiya liderlərinin toplantısı keçiriləcək
ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson texnologiya sektorunun 31 nümayəndəsi və hökumət rəsmiləri ilə Ağ Evdə işgüzar naharda görüşəcək.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Görüşdə süni intellektin tənzimlənməsi və texnologiya sənayesinə nəzarət məsələlərinin müzakirə olunacağı bildirilir.
İştirakçılar arasında İlon Mask, Ceff Bezos, “Microsoft”un baş direktoru Satya Nadella, “Nvidia”, “Google”, “Meta”, “Anthropic” və “Palantir” şirkətlərinin nümayəndələri, “OpenAI”nin prezidenti Qreq Brokman, “AMD”nin baş direktoru Lisa Su və “Broadcom”un baş direktoru Hok Tanın olması gözlənilir.
ABŞ hökumətini görüşdə vitse-prezident Cey Di Vens, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, NASA administratoru Cared Ayzekman və Milli Kəşfiyyat direktoru Cey Kleyton təmsil edəcək.
18:26 29.09.2026
Oxunuş sayı: 48