İranda Ekspertlər Məclisində ABŞ-lə razılaşma ətrafında fikir ayrılığı yaranıb
ABŞ-İran Anlaşma Memorandumu ilə bağlı İranın Ekspertlər Məclisində nadir hallarda rast gəlinən ictimai fikir ayrılığı baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Məclisin 84 üzvündən 60-dan çoxunun imzaladığı bəyanatda İran nümayəndə heyətinin fəaliyyəti yüksək qiymətləndirilsə də, əvvəlki danışıqlardan nəticə çıxarmağa və ali rəhbər Müctəba Xameneyinin müəyyən etdiyi "qırmızı xətlərə" ciddi əməl etməyə çağırış edilib.
Sənəddə həmçinin İranın nüvə hüquqlarının danışıqlar mövzusu olmamalı olduğu, Hörmüz boğazının yenidən açılmasının isə mövcud şəraitdə "strateji səhv" sayıldığı bildirilib.
Bəyanat yayıldıqdan bir neçə saat sonra Ekspertlər Məclisinin Rəyasət Heyəti və katibliyi açıqlama yayaraq sənədin hazırlanma və yayılma qaydasını tənqid edib.
10:43 30.06.2026
Oxunuş sayı: 50