Əraqçi: Regional təhlükəsizlik yalnız əməkdaşlıqla olacaq
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, yaranmış yeni şəraitdə Fars körfəzinin və bütövlükdə regionun təhlükəsizlik arxitekturasına yenidən baxılmalıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, region ölkələri təhlükəsizlik məsələləri ilə bağlı yeni çərçivə formalaşdırmalıdır. O vurğulayıb ki, bu mexanizm regionun bütün dövlətlərini əhatə etməli, eyni zamanda bölgədən kənar ölkələrin hər hansı hərbi və ya siyasi iştirakı və müdaxiləsini istisna etməlidir.
Əraqçi qeyd edib ki, regional təhlükəsizlik yalnız region dövlətlərinin birgə əməkdaşlığı və qarşılıqlı etimadı əsasında təmin oluna bilər.
16:15 28.06.2026
Oxunuş sayı: 53