İran ABŞ bazalarına zərbələr endirdi
İran ABŞ-nin son zərbələrinə cavab olaraq Küveytdə yerləşən Amerika hərbi bazasına və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının obyektlərinə hücum həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumların ABŞ-nin İrana endirdiyi son zərbələrə cavab xarakteri daşıdığı bildirilir.
Hücumların nəticələri, dağıntıların miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. ABŞ və region ölkələrinin rəsmiləri hadisə ilə bağlı əlavə açıqlama verməyiblər.
11:07 28.06.2026
Oxunuş sayı: 47