Tramp bu dəfə də süni intellektə üz tutdu
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında növbəti dəfə süni intellekt vasitəsilə hazırlanmış görüntülər yayımlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər görüntülərin məzmunu və hazırlanma üsulu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Bu, Trampın son dövrlərdə süni intellekt texnologiyalarından istifadə etməklə hazırlanan vizual materialları paylaşdığı ilk hal deyil. O, bundan əvvəl də oxşar məzmunlu paylaşımlarla diqqət çəkmişdi.

10:23 28.06.2026
Oxunuş sayı: 88