Putin olduğu müddətdə sülh mümkün deyil — sərt bəyanat
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski hesab edir ki, Ukraynadakı müharibədə real atəşkəsə yaxınlaşmaq mümkündür və bu prosesə cəmi bir neçə ay qala bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yaxın aylarda vəziyyət müvəqqəti atəşkəsə doğru irəliləyə bilər, lakin hələlik sülhdən danışmaq tezdir.
“Putin Rusiya lideri olduğu müddətdə bu ölkənin real və ədalətli sülhə maraq göstərəcəyinə inanmıram. Amma düşünürəm ki, biz müəyyən atəşkəsə və yeni vəziyyətə yaxınıq”, – deyə o bildirib.
Kvasnevski həmçinin qeyd edib ki, Kreml mümkün atəşkəsdən hərbi qüvvələrin yenidən qruplaşdırılması, silah istehsalının artırılması və yeni hərbi hazırlıqlar üçün istifadə etməyə çalışacaq.
Onun fikrincə, Qərb bu vaxtı itirməməli, əksinə Ukraynanın gücləndirilməsi üçün istifadə etməlidir — Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsi, investisiyaların artırılması, ölkənin bərpası və hərbi dəstəyin davam etdirilməsi ilə.
17:10 25.06.2026
Oxunuş sayı: 57