ABŞ İranın nüvə obyektləri ilə bağlı fəaliyyətlər üçün 672 milyon dollar ayırmağı planlaşdırır
ABŞ administrasiyası İranın zənginləşdirilmiş uran ehtiyatlarının zərərsizləşdirilməsi və nüvə obyektlərində yoxlamaların aparılması məqsədilə 672 milyon dollar vəsait ayrılmasını istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən məbləğ ABŞ-nin müdafiə naziri Pit Heqset tərəfindən Nümayəndələr Palatasının respublikaçı üzvlərinə təqdim olunan 80 milyard dollarlıq əlavə maliyyələşdirmə planının bir hissəsidir.
Bildirilir ki, ayrılması nəzərdə tutulan vəsait yalnız İranın nüvə proqramı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə deyil, həmçinin ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərclərinin qarşılanmasına və Amerika ordusunun sursat ehtiyatlarının bərpasına da yönəldiləcək.
15:42 25.06.2026
Oxunuş sayı: 43