ABŞ Senatı İranla bağlı qətnaməni rədd etti
ABŞ Senatı Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən İranla bağlı hərbi səlahiyyətlər qətnaməsinin müzakirəsinə başlanılması təklifini rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prosedur səsverməsində 50 senator sənədin irəliləməsinin əleyhinə, 47 senator lehinə səs verib, bir senator isə bitərəf qalıb. Nəticədə qətnamənin Senatda müzakirəyə çıxarılması prosesi faktiki olaraq dayandırılıb.
Respublikaçılar və ABŞ Prezidenti Donald Tramp sənədin qəbulunun Vaşinqtonun Tehranla davam edən danışıqlardakı mövqeyini zəiflədə biləcəyini bildirərək qətnaməyə qarşı çıxıblar.
Səsvermədən sonra Donald Tramp bir neçə respublikaçı senatora təşəkkür edib. O qeyd edib ki, senatorlar Rand Pol və Bill Kassidinin mövqeyi səsvermənin nəticəsinə təsir göstərən amillərdən biri olub.
14:05 25.06.2026
Oxunuş sayı: 61