Ermənistan Ukraynanın Bərpası Forumuna qatılır
Ermənistan 24–25 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Forumunda iştirak edəcək.
Crossmedia.az xəbər verir ki ,Bloomberg-in məlumatına görə, Rəsmi İrəvanı tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edəcək. Polşa və Ukraynanın birgə təşkil etdiyi forumda təxminən 100 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
Nəşr qeyd edir ki, Ermənistanın forumda təmsil olunması ölkənin son dövrlərdə Moskva ilə münasibətlərində müşahidə olunan məsafələşmə fonunda baş verir. Avropa İttifaqı isə Rusiyanın ticarət məhdudiyyətləri qarşısında Ermənistana dəstəyini gücləndirir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ixrac məhdudiyyətlərini “iqtisadi məcburetmə” kimi qiymətləndirərək, İrəvana 50 milyon avrodan artıq əlavə dəstək ayrılacağını və Aİ–Ermənistan birgə işçi qrupunun yaradılacağını açıqlayıb. Bildirilir ki, fon der Lyayenin gələn həftə Ermənistana səfəri, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun isə iyulun 5-də İrəvana gəlişi gözlənilir.
09:55 24.06.2026
Oxunuş sayı: 48