Ölümcül virus yenidən yayılır: yüzlərlə insan həyatını itirdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Konqo Demokratik Respublikasında qeydə alınan Ebola qızdırması epidemiyası yayılma sürətinə görə ölkə tarixində ən böyük epidemiyaya çevrilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Konqo hökumətinin açıqladığı məlumatlara əsasən, ölkədə indiyədək 1048 Ebola yoluxması laborator şəkildə təsdiqlənib.
Məlumata görə, xəstəlik nəticəsində 267 nəfər həyatını itirib.
ÜST epidemiyanın yayılma tempinin ciddi narahatlıq doğurduğunu və vəziyyətin nəzarətdə saxlanılması üçün tədbirlərin davam etdirildiyini bildirib.
23:50 23.06.2026
Oxunuş sayı: 55