Rusiya Belarusu qorumağa hazırdır- Lavrov bəyan etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Belarus ərazisinə zərbə endirməsi halında Moskva Minskə hərbi yardım göstərəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrov bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusda yerləşdirildiyi iddia edilən Rusiya pilotsuz uçuş aparatları üçün retranslyatorlara zərbə endirilə biləcəyi ilə bağlı fikirlərini şərh edərkən səsləndirib.
Rusiya XİN başçısı Moskva ilə Minsk arasında təhlükəsizlik təminatları haqqında müqaviləni xatırladaraq bildirib ki, zərurət yaranacağı təqdirdə Rusiya müttəfiqinin müdafiəsi üçün sənəddə nəzərdə tutulan bütün tədbirlər kompleksindən istifadə etməyə hazırdır.
Lavrovun sözlərinə görə, Kiyev Belarusu münaqişəyə cəlb etməyə və hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır.
23:46 23.06.2026
Oxunuş sayı: 64