Macarıstan yenə əngəl oldu: Ukrayna və Moldovanın Aİ yolu uzandı
Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına(Aİ) üzvlük yolunda növbəti mərhələyə keçidini əngəlləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Politico˝ nəşri məlumat yayıb.
Məlumata görə, Budapeşt Aİ-nin 27 üzv ölkəsinin ümumi mövqeyinin təsdiqlənməsinə qarşı çıxan yeganə paytaxt olub. Sözügedən sənəd Ukrayna və Moldova ilə üzvlük danışıqlarının yeni klasterlərinin açılması üçün zəruri hesab edilir.
Nəticədə məsələ növbəti həftəyə təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın Baş naziri Peter Magyar Ukrayna ilə bağlı bütün altı danışıqlar klasterinin sürətlə açılmasını dəstəkləmədiyini bildirmişdi. Onun sözlərinə görə, belə bir addım Qərbi Balkan ölkələrinə yanlış siqnal göndərə bilər.
23:30 23.06.2026
Oxunuş sayı: 65