Tramp İranı təkzib etdi: AEBA müfəttişləri gələcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin İrana göndərilməsi məsələsində tələskənliyə ehtiyac yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, müfəttişlər uyğun vaxtda İranın nüvə obyektlərinə səfər edəcəklər.
Pensilvaniya ştatında jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, MAQATE nümayəndələri lazımi vaxtda İranda olacaqlar.
İran tərəfinin belə bir razılaşmanın olmadığını bildirməsinə münasibət bildirən ABŞ prezidenti bunun doğru olmadığını vurğulayıb.
“Onlar yanılırlar. Onlar yanıldıqlarını da bilirlər”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl İranın nüvə obyektlərinin uzunmüddətli beynəlxalq yoxlamalara açıq olmasına razılıq verdiyini bildirmişdi. Tehran isə bu iddiaları rədd edib.
23:16 23.06.2026
Oxunuş sayı: 51