Krım yenidən hədəfdə: PUA hücumlarının sayı artır
Son günlər Ukrayna tərəfindən Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumların intensivliyi artıb. Məlumata görə, hücumlar əsasən Sevastopol, Cankoy, Kerç və Feodosiya şəhərlərini əhatə edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, bölgə sakinləri artıq hava hücumundan müdafiə sistemlərinin fəaliyyət səsinə, pilotsuz uçuş aparatları, raket və aviasiya təhlükəsi ilə bağlı xəbərdarlıqlara alışmağa başlayıblar. Həmçinin PUA-ların Krım kəndləri üzərindən uçuşları da daha tez-tez müşahidə olunur.
Mənbənin məlumatına görə, bundan əvvəl də Krım körpüsünə qarşı hücumlar, eləcə də yarımadanın müxtəlif şəhər və rayonlarında zərbələr qeydə alınıb. Hücumlar nəticəsində həlak olan və yaralananların sayının onlarla olduğu qeyd edilir.
Bundan başqa, may ayının sonunda Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri Krım və Sevastopol sakinlərinə hərbi obyektlərdən uzaq durmağı tövsiyə etmişdilər. Lakin iddialara görə, son hücumlar zamanı yaşayış binaları, şəhərətrafı qatarlar və Sevastopolun simvollarından biri hesab olunan Müdafiə Panoraması muzeyi də zərər görüb.
01:16 24.06.2026
Oxunuş sayı: 39