Polşada ukraynalı qaçqınların statusu təhlükə altındadır?
Polşaya gələn Ukrayna vətəndaşları müvəqqəti müdafiə statusu olan UKR statusunun rəsmiləşdirilməsi zamanı daha çox imtina halları ilə üzləşirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bəzi dövlət qurumlarında müraciət edən şəxslərə UKR statusu olmadan yalnız PESEL nömrəsi verilir. Buna səbəb kimi həmin şəxslərin aktiv döyüş bölgələrindən gəlməməsi və ölkəyə daha çox iqtisadi məqsədlərlə köç etdiklərinin ehtimal olunması göstərilir.
Problemlər daha əvvəl UKR statusuna malik olub, Polşadan uzun müddət kənarda qaldıqları üçün bu statusu itirən şəxslər arasında da müşahidə olunur. Belə şəxslər ölkəyə qayıtdıqdan sonra statuslarını bərpa etməkdə çətinlik çəkirlər.
İşə götürənlər isə vəziyyətdən narahatdırlar. Belə ki, UKR statusu ukraynalıların Polşada qanuni yaşamasını, tibbi xidmətlərdən yararlanmasını və mürəkkəb prosedurlar olmadan işlə təmin edilməsini asanlaşdırır.
23:00 23.06.2026
Oxunuş sayı: 61