Tehrandan sərt mesaj: ABŞ-yə güvənmirik, amma dialoqa açığıq
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ ilə memorandum çərçivəsində öhdəliklərini yerinə yetirəcək, lakin Vaşinqtona etibar etmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı qeyd edib ki, ABŞ ilə ballistik raketlərlə bağlı heç bir danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Pezeşkianın sözlərinə görə, İran iki dəfə danışıqlar zamanı hücuma məruz qaldığı üçün ABŞ-yə qarşı ciddi etimadsızlıq mövcuddur. Bununla belə, Tehran dialoq və sülhə açıqdır.
İran prezidenti həmçinin vurğulayıb ki, ölkə qanunsuz və qeyri-insani tələblər qarşısında geri çəkilmək niyyətində deyil.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında bildirib ki, İran ərazisinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinə icazə verilməzsə, Vaşinqton Tehranla danışıqları davam etdirməyəcək. O əlavə edib ki, müfəttişlərin göndərilməsi ilə bağlı tələskənlik yoxdur, lakin münasib vaxtda onlar İranın nüvə obyektlərinə daxil olacaqlar.
22:51 23.06.2026
Oxunuş sayı: 50