İran-ABŞ qarşıdurması fonunda neft bahalaşıb
Bu gün Yaxın Şərqdə artan gərginlik fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb.
Asiya birjalarında ticarət zamanı Şimal dənizi Brent markalı xam neftin qiyməti bir barel üçün 97 dollara qədər yüksəlib və 100 dollar həddinə yaxınlaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
Bazarlardakı son bahalaşma İranın Küveyt və Bəhreynə yönəlmiş hücumları, habelə, ABŞ hərbi qüvvələrinin İranla bağlı əməliyyatları ətrafında yaranan gərginliklə əlaqələndirilir.
Ekspertlər hesab edirlər ki, İsrail və Livan arasında əldə olunduğu bildirilən atəşkəs razılaşması qiymətlərin daha da artmasını məhdudlaşdıra bilər. Onların qənaətincə, bu amil həftəsonuna qədər Brent neftinin bir barelinin 100 dollar həddini aşmasının qarşısını ala bilər.
Fidan Məmməd-zadə
12:15 04.06.2026
Oxunuş sayı: 55