İranlılar üçün Dubaya giriş tam məhdudlaşdırıldı
Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarına qarşı sərt məhdudiyyət tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran pasportu daşıyan şəxslərin Dubay Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə girişinə və tranzit keçidinə qadağa qoyulub. Qərar bütün kateqoriyalara, o cümlədən yaşayış icazəsi, işçi vizası, turist və ziyarət vizası olan şəxslərə də şamil edilir.
Bildirilib ki, məhdudiyyətlərin ən ciddi tərəfi hazırda BƏƏ-dən kənarda olan iranlı rezidentlərin ölkəyə geri dönüşünə də icazə verilməməsidir. Onların giriş müraciətlərinin rəsmi şəkildə rədd ediləcəyi qeyd olunub.
Qadağanın tətbiq səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
09:36 01.04.2026
Oxunuş sayı: 47