Ərdoğan 4 bələdiyyə sədrinə partiya nişanı taxdı
Türkiyədə 4 bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulub.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partinin Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) toplantısı çərçivəsində keçirilən mərasimdə yeni üzvlərə partiyanın döş nişanlarını taxıb.
AK Partiyaya qoşulan bələdiyyə sədrləri bunlardır:
- İzmirin Foça rayonunun bələdiyyə sədri Saniyə Fıçı;
- Kayserinin Akkışla rayonunun bələdiyyə sədri Mustafa Dursun;
- Kayserinin Felahiye rayonunun bələdiyyə sədri Şərəf Güleser;
- Muşun Sungu rayonunun bələdiyyə sədri Burhan Sayılgan.
22:09 10.09.2026
Oxunuş sayı: 46