Luiziana abort dərmanlarına qarşı çıxdı
ABŞ-də dərmanla abortun telemedicina vasitəsilə həyata keçirilməsi ilə bağlı hüquqi mübahisə yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, Luiziana ştatı federal qaydalara etiraz edərək mifepriston adlı abort dərmanının həkimlə üzbəüz görüş olmadan poçt vasitəsilə pasiyentlərə göndərilməsinin qarşısının alınmasını tələb edir.
Məsələyə ABŞ-ın 5-ci Dairə Apellyasiya Məhkəməsində baxılıb. Təxminən 100 dəqiqə davam edən dinləmələr zamanı hakimlər həm federal hökumətin abort dərmanı ilə bağlı qaydalarına müdaxilə imkanlarını, həm də Luiziananın bu məsələ üzrə məhkəməyə müraciət etmək hüququnun olub-olmadığını müzakirə ediblər.
Məhkəmə hələ qərarını açıqlamayıb. Qərardan asılı olmayaraq, məsələnin yekun olaraq ABŞ Ali Məhkəməsinə çıxacağı gözlənilir.
ABŞ Ali Məhkəməsi may ayında qəbul etdiyi təcili qərarla telemedicina vasitəsilə aborta imkan verən mövcud qaydaların qüvvədə qalmasına icazə verib.
Hazırda dərmanla abort ABŞ-da həyata keçirilən abortların təxminən üçdə ikisini təşkil edir.
04:54 11.09.2026
Oxunuş sayı: 39